Ayxan Abbasov Türkiyədə Emre Belözoğlu ilə görüşdü

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yerli "Antalyaspor" klubunun düşərgəsində olub.
"Mediasport" xəbər verir ki, Abbasov Türkiyə Superliqasında çıxış edən komandanın baş məşqçisi Emre Belözoğlu ilə görüşüb.
Mütəxəssislər iki ölkə futbolu və komandaların hazırkı durumu barədə fikir mübadiləsi aparıblar.
A.Abbasov türkiyəli həmkarına yığmanın 5 nömrəli formasını hədiyyə edib.