Umudlu Avropa çempionatının seçmə mərhələsinə təyinat aldı

 Umudlu Avropa çempionatının seçmə mərhələsinə təyinat aldı

FİFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi 3 görüşdə iş başında olacaq.

O, 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, oktyabrın 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.