5 ay əsir olmuş hakim "Qarabağ" - "Çelsi" matçını idarə edəcək

5 ay əsir olmuş hakim "Qarabağ" - "Çelsi" matçını idarə edəcək

Noyabrın 5-də Bakıda UEFA Gənclər Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” oyununun ukraynalı baş hakimi Dmitri Kubriak haqda maraqlı məqamlar üzə çıxıb.

"Mediasport" xəbər verir ki, ədalət təmsilçisi 4 ildir davam edən Rusiya - Ukrayna müharibəsində bir neçə ay əsirlikdə olub.

İxtisasca hərbi həkim olan referi könüllü qatıldığı müharibədə 5 ay əsir saxlanıldıqdan sonra dəyişdirilib. 

Xatırladaq ki, “Azərsun Arena”da baş tutacaq qarşılılaşma saat 15:00-da başlanacaq.