Vaqif Cavadov iki ayağını bir başmağa dirəyib pulunu istəyincə...

Vaqif Cavadov iki ayağını bir başmağa dirəyib pulunu istəyincə...

"Sumqayıt"da ilginc hadisələr yaşanır.

Bununla bağlı "Mediasport"a maraqlı informasiya daxil olub.

Məlumata görə, Vaqif Cavadov baş məşqçi postunu heç də dünən klubun açıqladığı kimi - qarşılıqlı razılıq əsasında tərk etməyib.

36 yaşlı mütəxəssis müqaviləni pozmaq təklifini könüllü qəbul etməyib. Cavadov şərt qoyub ki, gedirəmsə, yanvarda bağladığımız müqavilənin tam kompensasiyası ödənilsin.

Cavadov klub rəhbərliyinin diqqətinə çatdırıb ki, əks halda FİFA və UEFA-ya şikayət edəcək.

Əlacsız qalan "gənclik şəhəri" təmsilçisinin rəhbərliyi millimizin sabiq üzvünü AFFA vasitəsilə (güzəştə getməsi üçün qohumu, A milli komandanın meneceri İlqar Qurbanova ağız açılıb) də yola gətirə bilməyincə, fərqli şərtlə razılaşıblar.

Məşqçiliyə yeni başlayan Cavadova büdcənin xərcləndiyini, mövsüm sona yaxınlaşdığından təzminatın hamısını ödəmək iqtidarında olmadığını bildirən klub onu akademiyada işlə təmin etmək öhdəliyi götürüb.

Qeyd edək ki, "Sumqayıt" bu il yanvarın 8-də Vaqif Cavadovla 2,5 illik müqavilə bağladığını açıqlamışdı.