Yeni transferlər gəldi, "Qarabağ" hazırlıqlara başladı - FOTOLAR

Yeni transferlər gəldi, "Qarabağ" hazırlıqlara başladı - FOTOLAR

"Qarabağ" 2026/2027-ci illər mövsümünün hazırlıqlarına başlayıb.

"Mediasport" xəbər verir ki, Ağdam klubu bu gün biraraya gəlib.

İlk çalışmalarda yeni transferlər - Jali Mauddib və Zakariya Savo da iştirak edib. Kollektiv məşqlərə mövsümü zədəli başa vuran Bəhlul Mustafazadə və Musa Qurbanlı da qoşulub.

Xatırladaq ki, toplanışın ilk mərhələsi çərçivəsində 22-nə qədər Bakıda olacaq "atlılar" hazırlığın ikinci hissəsini Avstriyada keçəcəklər.