Tahir Gözəl: "Hücumçu transferini çox həyəcanla gözləyirik" - VİDEO

Tahir Gözəl: "Hücumçu transferini çox həyəcanla gözləyirik" - VİDEO

"Maşallah, komandamız yaxşı vəziyyətdədir. Futbol get-gedə çətinləşir. Bu, elə oyunçu axtarıb tapmaq prosesinə də şamil edilir".

"Mediasport" xəbər verir ki, bu sözləri bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

Klub rəhbəri "köhlən atlar"ın yeni mövsümdə də avrokuboklarda mübarizə aparacağını (ən azında UEFA Avropa Konfrans Liqasının liqa mərhələsində) bildirib.

Ağdam klubunun rəsmisi bildirib ki, o da azarkeşlər kimi, hücumçu transferini həyəcanla gözləyir.

O, Azərbaycanı avrokuboklarda təmsil edən digər komandalara - "Araz-Naxçıvan"a və "Sabah"a da uğurlar arzulayıb.