Yığma komandamız maksimum nəticə ilə əsas qrupa yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Dünya Seriyasının Buxarest mərhələsinə uğurla başlayıb.
"Mediasport" xəbər verir ki, komandamız A qrupunda hər iki görüşünü qələbə ilə başa vurub.
Basketbolçularımız "Tsukuba"ya (Yaponiya) 21:10, "Lozanna"ya (İsveçrə) isə 21:11 hesabları ilə qalib gələrək əsas qruplara vəsiqə əldə ediblər.
Beləliklə, yığmamız C qrupunda sabah Ukrayna və Sinqapurla qartşılaşacaq.