"Sabah" Almaniya klubuna qarşı

 "Sabah" Almaniya klubuna qarşı

Azərbaycanı FİBA Çempionlar Liqasında təmsil edən “Sabah” bu gün əsas mərhələdə son oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv B qrupunda Almaniyanın “Alba” klubu ilə qarşılaşacaq.

Berlində baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, 5 matçın 1-də qələbə qazanmış "bayquşlar" 6 xalla qrupda sonuncusudur.