Bakiçin "Şamaxı"nın heyətindən çıxarılmasının səbəbi açıqlandı

Vasiliye Bakiçin Premyer Liqanın 23-cü turunun "Kəpəz"ə qarşı heyətindən çıxarılmasının səbəbi açıqlanıb.
Mediasport.com.az xəbər verir ki, serbiyalı müdafiəçi oyundan öncə isinmə hərəkətlərini yerinə yetirərkən zədələnib.
Baş məşqçi Ayxan Abbasov dəyişiklik edərək balkanlının əvəzinə əsas heyətdə meydana Arsen Ağcabəyovu buraxıb.
Hazırda ilk hissəsi başa çatmış matçda hesab açılmayıb.