Azərbaycandan ayrılan futbolçu Monteneqroda oynayacaq

Azərbaycandan ayrılan futbolçu Monteneqroda oynayacaq

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Miloş Miloviç özünə yeni komanda tapıb.

"Mediasport" xəbər verir ki, monteneqrolu müdafiəçi karyerasını vətənində davam etdirəcək.

O, "Buduçnost"la anlaşıb.

30 yaşlı futbolçu Podqoritsa təmsilçisi ilə 2027-ci il iyulun 1-ə qədər müddəti əhatə edəcək müqavilə bağlayıb.

Miloviç Azərbaycan klubunun heyətində 16 oyun keçirib.