"Neftçi" Kurçi ilə vidalaşdı - RƏSMİ
“Neftçi” daha bir legioneri ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, paytaxt klubu Alessio Kurçini yola salıb.
Tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş 24 yaşlı lüksemburqlu hücumçu "Neftçi"nin heyətində 19 rəsmi oyun keçirib, 2 qol vurub, 1 assist edib.


