Rüstəm Əhmədzadə Fransa millisi ilə görüşdə meydana çıxmayacaq
Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə DÇ-2026-nın seçmə mərhələsinin son turunda Fransa ya qarşı oynaya bilməyəcək.
"Mediasport" xəbər verir ki, forvard dünən İslandiya ilə görüşdə sarı vərəqə limitini dolduraraq cəzalı vəziyyətə düşüb.
Xatırladaq ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da start götürəcək.
