"Zirə" əsas futbolçusunun İsveç klubuna satıldığını açıqladı

“Zirə” Salifu Suma ilə vidalaşdığını açıqlayıb.
"Mediasport" xəbər verir ki, paytaxt təmsilçisi 21 yaşlı vingeri İsveçin “Malmö” klubuna satıb.
Tərəflər qvineylının keçidi ilə bağlı müqavilə bağlayıblar.
Qeyd edək ki, 23 yaşlı futbolçu "Zirə"yə 2023-cü ilin yayında Fransanın "Havr" klubundan transfer edilmişdi.