Azərbaycan millisi dünya çempionatına xal itkisi ilə başladı

 Azərbaycan millisi dünya çempionatına xal itkisi ilə başladı

Minifutbol üzrə Azərbaycan millisi Bakıda start götürən dünya çempionatına xal itkisi ilə başlayıb.

"Mediasport" xəbər verir ki, A qrupunda yer alan Elşad Quliyevin komandası Bəhreyn yığmasının müqavimətini qıra bilməyib (1:1).

Futbolçularımız 15-ci dəqiqədə Mirmehdi Rzayevlə hesabı açsalar da, rəqib 10 dəqiqə sonra tarazlığı bərpa edib.

Yığmamızın qrupunda digər görüş saat 23:00-da Mavritaniya ilə Sloveniya seçmələri arasında keçiriləcək.

Komandamızın heyətində Vəli Qafarov, Kamran Abdullazadə, Mirkamil Əliyev, Elvin Əlizadə, Taleh Babayev, Xətai Bağırov, Ramiz Çovdarov, Ağaseyid Qasımov, Kamran Qürbətov, Samir Həmzəyev, Vüsal İsayev, Rəvan Kərimov, Məhəmməd Xəlilov, Təmkin Xəlilzadə, Mirmehti Rzayev, Eşqin Tağıyev və Museyib Vəliyev yer alıblar.

Azərbaycan mayın 23-də Sloveniya (20:45), 25-də Mavritaniya (19:30) ilə qarşılaşacaq.

Mundiala iyunun 1-də yekun vuurlacaq.