Minifutbol turnirinin püşkatma mərasimi baş tutub - FOTOLAR

Minifutbol turnirinin püşkatma mərasimi baş tutub - FOTOLAR

Neft, qaz, kimya sənayesi müəssisələrinin əməkdaşları arasında baş tutacaq "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş SOCAR-2025 minifutbol turnirinin püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, SOCAR-ın dəstəyi, "Neftçi" İdman Klubu və Sosial İnkişaf İdarəsinin təşkilatçılığı ilə baş tutacaq turnirdə 28 komanda hər birində 4-ü olmaqla 7 qrupda mübarizə aparacaq.

Yarış avqust ayının 9-dan sentyabrın 21-dək davam edəcək.

Oyunlar hər həftənin şənbə və bazar günləri Bakı Olimpiya Stadionunun örtülü meydançalarında keçiriləcək.