Bakıda keçiriləcək dünya çempionatına bilet satışı başlandı

Bakıda keçiriləcək dünya çempionatına bilet satışı başlandı

21 may - 1 iyun tarixlərində Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının biletləri satışa çıxarılıb.

"Mediasport" xəbər verir ki, azarkeşlər biletləri “iTicket” platformasında əldə edə bilərlər.

Biletlərin qiyməti 10-50 manat aralığındadır. Bilet əldə edən azarkeşlər Milli Gimnastika Arenasındakı çempionatın gün ərzində keçiriləcək bütün oyunlarını izləmək imkanı qazanacaq.

Dünya birinciliyinin açılış mərasimi saat 19:00-da, ilk matçı 21:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.