2-ci Liqa üçün pley-off matçı Premyer Liqa hakiminə tapşırıldı

  2-ci Liqa üçün pley-off matçı Premyer Liqa hakiminə tapşırıldı

2026/2027-ci illər mövsümündə 2-ci Liqada iştirak üçün pley-offda üz-üzə gələcək "Biləsuvar" və "AğstafaGəncləri" komandalarının qarşılaşmasına hakim təyinatları açıqlanıb.

"Mediasport" xəbər verir ki, həlledici görüşdə baş hakim funksiyasını Rəşad Əhmədov icra edəcək.

Yevlax şəhər stadionunda baş tutacaq matç "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan 2-ci Liqası. Pley-off

29 may

16:00 "Biləsuvar" - "AğstafaGəncləri"

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Ruslan Quliyev

VAR: Rauf Cabarov

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Yevlax şəhər stadionu.