"Qarabağ"ı 20 komanda arasında 2-ci sıraya qoydular - STATİSTİKA

"Football Meets Data" portalı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək şansı daha çox olan komandaların adlarını açıqlayıb.
"Mediasport" xəbər verir ki, qitənin birinci dərəcəli klub turnirində Azərbaycanı təmsil edən "Qarabağ" 20 klub arasında ən yüksək faiz göstəricisinə sahib ikinci klub olub (93%).
İlk pillədə 95 faizlə "Reyncers" (Şotlandiya) göstərilib.
Türkiyənin "Fənərbağça" klubunun Niderlandın "Feyenoord" kollektivi qarşısında şansı 40 faiz dəyərləndirilib.
Xatırladaq ki, Qurban Qurbanovun komandası Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununu səfərdə keçirib və "Şkendiya"nı məğlub edib - 1:0.
"Köhlən atlar" "Şkendiya"nı mübarizədən kənarlaşdırsa, pley-offda "Ludoqorets" (Bolqarıstan) - "Ferensvaroş" (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Məğlub tərəf isə elə bu cütdə mübarizəni dayandıran kollektivlə Avroliqanın pley-off mərhələsində üz-üzə gələcək.
Rövşən ƏLİSOY