"Qarabağ"ın fransalı futbolçusunu Kipr klubu transfer etmək istəyir
“Qarabağ”ın futbolçusu Jeremi Qnali karyerasını yenidən Kiprdə davam etdirə bilər.
"Mediasport" xəbər verir ki, Konqo əsilli fransalı ilə "Omoniya" maraqlanır.
Məlumata görə, Aradippu təmsilçisi ağdamlılara rəsmi təklif göndərməyə hazırlaşır.
"Qeyd edək ki, əsas heyətə düşməyə çətinlik çəkən sol cinah müdafiəçisinin "atlılar"la müqaviləsi 2028-ci ilin yayına qədərdir.
O, Azərbaycana məhz Kiprdən - AEK (Larnaka) klubundan transfer edilmişdi.


