"Qarabağ"ın mümkün Avroliqa rəqiblərinin adları açıqlandı

UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
"Mediasport" xəbər verir ki, mərasimdə son Azərbaycan çempionunun turnirin pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Əgər "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya" səddini keçə bilməsə, Qurban Qurbanovun komandası Avropa Liqasının pley-offunda "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, pley-off matçları 21 və 28 avqustda baş tutacaq.