DÇ-2026: Millimizin seçmə qrup matçlarının təqvimi açıqlandı

Futbol üzrə Azərbaycan milli komandasının Dünya Kuboku-2026-nın seçmə qrup mərhələsində keçirəcəyi oyunları təqvimi açıqlanıb.
"Mediasport" xəbər verir ki, yığmamız qrup matçlarına İslandiya səfərində başlayacaq.
Fernandu Santuşun rəhbərlik etdiyi milli son görüşünü Bakıda dünya və Avropa çempionu Fransaya qarşı keçirəcək.
DÇ-2026. Seçmə qrup mərhələsi
5 sentyabr
22:45. İslandiya – Azərbaycan
22:45. Ukrayna – Fransa
9 sentyabr
20:00. Azərbaycan – Ukrayna
22:45. Fransa – İslandiya
10 oktyabr
22:45. Fransa – Azərbaycan
22:45. İslandiya – Ukrayna
13 oktyabr
22:45. İslandiya – Fransa
22:45. Ukrayna – Azərbaycan
13 noyabr
21:00. Azərbaycan – İslandiya
23:45. Fransa – Ukrayna
16 noyabr
21:00. Azərbaycan – Fransa
21:00. Ukrayna - İslandiya