Yığmamız Çexiya ilə üz-üzə
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, 13-cü qrupda yer alan komandamız Çexiya yığması ilə qarşılaşacaq.
Görüş Maltanın Ta Qali şəhərindəki "Sentenari" stadionunda baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.
Qeyd edək ki, U-19 noyabrın 15-də Şimali İrlandiya, üç gün sonra Malta ilə üz-üzə gələcək.
Raundun matçlarına Maltan ev sahibliyi edir.
