Cahangi Fərəcullayev B Liqasının qalibi olan milli üzvlərilə görüşdü

Cahangi Fərəcullayev B Liqasının qalibi olan milli üzvlərilə görüşdü

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Bu barədə "Mediasport"a qurumun mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, millinin məşqçi heyəti və futbolçuları iştirak ediblər.

Cahangir Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib.

Baş katib milliyə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb.