AFFA prezidenti DÇ-2026-nın püşkatmasında iştirak edəcək
AFFA-nın prezidenti Rövşən Nəcəf bu axşam DÇ-2026-nın final mərhələsinin püşkatma mərasiminə qatılacaq.
“Mediasport” xəbər verir ki, Mərasim ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, dünya çempionatı tarixdə ilk dəfə üç ölkə - ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə baş tutacaq.
Mundial 11 iyun - 19 iyul tarixləri aralığında reallaşacaq.
