Dünya Kuboku-2026-dan kənar qalacaq bütün məşhurlar - SİYAHI

Dünya Kuboku-2026-dan kənar qalacaq bütün məşhurlar - SİYAHI

İyunun 11-də planetin futbol bayramı - dünya çempionatı start götürəcək.

Dördilliyin ən möhtəşəm yarışı tarixdə ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.

İlk dəfə 48 milli komandanın mübarizə aparacağı mundial iyulun 19-dək davam edəcək.

"Mediasport" Dünya Kubokundan kənarda qalan bütün futbolçuların siyahısını təqdim edir.

Siyahıda zədəli olmayanlar milli komandalarına baş məşqçiləri tərəfindən dəvət almayıblar.


Braziliya:
Joao Pedro, Rişarlison, Antoni, Savinyo, Andrey Santos, Tyaqo Silva, Qabriel Jesuş, İqor Jesuş, Murilyo, Qabriel Sara, Rodriqo (zədəli), Eder Militao (zədəli), Estevao (zədəli);

Argentina: Franko Mastantuono, Alexandro Qarnaço, Paulo Dibala, Matias Soule, Xuan Foyt (zədəli), Valentin Karboni (zədəli);

İspaniya: Niko Qonzales, Din Höysen, Marko Asensio, Alvaro Morata, Alvaro Karreras, Alexandro Balde, Fermin Lopes (zədəli), Samu Aqedova (zədəli);

İngiltərə: Fil Foden, Koul Palmer, Harri Maquayr, Trent Aleksandr-Arnold, Cek Qriliş, Lyuk Şou, Meyson Maunt;

Fransa: Matteo Günduzi, Kristofer Nkunku, Eduardo Kamavinqa, Kinqsli Koman, Senni Mayulu, Kefren Türam, Leni Yoro, Vesli Fofana, Lukas Şevalye, Uqo Ekitike (zədəli);

Almaniya: Kərim Adeyemi, Yann Bissek, Kevin Şade, Robert Priks, Mark-Andre ter Ştegen, Niklas Füllkruq, Serj Qnabri (zədəli);

Portuqaliya: Mateuş Fernandeş, Joau Palinya, Antonio Silva, Pedro Qonsalveş, Rikardu Horta, Rafa Silva, Jota Silva;

Niderland: Jeremi Frimponq, Coşua Zirkze, Xavi Simons (zədəli), Matteys de Lixt (zədəli), Yerdi Şuten (zədəli);

Belçika: Luis Openda, Artur Vermeren, Malik Fofana;

Uruqvay: Lukas Torreyra, Luis Suares;

Mərakeş: Yusuf En-Nəsiri, Hakim Ziyeş;

Yaponiya: Kaoru Mitoma (zədəli), Takumi Minamino (zədəli);

Qana: Məhəmməd Kudus (zədəli);

Çexiya: Vaslav Çerni;

Kolumbiya: Con Duran.