6-cı Liqadan DÇ-2026-ya getdi

  6-cı Liqadan DÇ-2026-ya getdi

İngiltərə 6-cı Liqasında mübarizə aparan "Breyntri Taun" klubunun futbolçusu Tommi Smit uzun illər aradan sonra yenidən dünya çempionatında oynayacaq.

"Mediasport" xəbər verir ki, 36 yaşlı müdafiəçi Yeni Zelandiya millisinin heyətində DÇ-2026-da iştirak edəcək.

O, 16 il əvvəl - 2010-cu ildə Cənubi Afrika Respublikasında baş tutan mundialda da yığmanın heyətində top qovmuşdu.

Tommi 2025/2026 mövsümündə ümumilikdə 21 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.