1930 - 2022: Bütün dünya çempionatlarının finalları - VİDEO
Bir neçə gündən sonra planetin futbol bayramı - dünya çempionatı start götürəcək.
Dördilliyin ən möhtəşəm yarışı tarixdə ilk dəfə üç ölkədə - ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək.
İlk dəfə 48 milli komandanın mübarizə aparacağı mundial iyunun 11-dən iyulun 19-dək davam edəcək.
Tarixdə indiyədək 22 dünya çempionatı baş tutub.
İkinci Dünya Müharibəsi səbəbindən 1942 və 1946-cı illərdə yarış reallaşmayıb.
"Mediasport" indiyədək keçirilmiş bütün Dünya Kuboku finallarının toplandığı videonu təqdim edir:


