"Turan" CEV Çempionlar Liqasında İtaliya klubuna məğlub oldu
Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.
"Mediasport" xəbər verir ki, D qrupunda yer alan ölkə çempionu ilk oyununu İtaliyada "Savino Del Bene"yə qarşı keçirib.
Florensiya şəhərində baş tutan matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1 (25:21, 25:10, 20:25, 25:16).
Xatırladaq ki, tovuzluların qrupda digər rəqibləri "Eczaçıbaşı" (Türkiyə) və "Tent" (Serbiya) komandaları olacaqlar.

