Asim Xudiyev Konfrans Liqasında

 Asim Xudiyev Konfrans Liqasında

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 22-də keçiriləcək “Jelezniçar” (Pançevo, Serbiya) - “Braqa” (Portuqaliya) oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma Pançevo şəhərində yerləşən “Mladost” stadionunda baş tutacaq.