Bakıda Konfrans Liqası oyununu izləməyin qiyməti 1 və 2 manatdır

UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” - “Aris” (Yunanıstan) oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiyməti sektorlar üzrə müvafiq olaraq 1 və 2 manat təşkil edir.
Biletlər hər gün saat 10:00-dan 21:00-dək "Liv Bona Dea Arena" və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır.
İyulun 24-də “Dalğa Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq.
Cavab matçı iyulun 31-də Yunanıstanda baş tutacaq.