Polşa klubu Renat Dadaşovun transferini rəsmiləşdirdi

Polşanın Yüksək Liqa klubu "Radomyak" Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun transferini rəsmiləşdirib.
"Mediasport" xəbər verir ki, Radom təmsilçisi 25 yaşlı forvardla uzatmaq şərti ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlayıb.
Dadaşov Azərbaycan yığmasının müdafiəçisi Rahil Məmmədovla komanda yoldaşı olacaq.
Qeyd edək ki, hücumçu ötən yay müqavilə bağladığı Türkiyənin "Ankaragücü" klubundan yanvardan sonra adı iştirak ərizəsinə salınmadığı üçün ayrılıb.