"Karvan-Yevlax"dan göndərildi, bu klubla müqavilə bağladı - RƏSMİ

"Karvan-Yevlax"dan göndərildi, bu klubla müqavilə bağladı - RƏSMİ

"Karvan-Yevlax"ın yola saldığı Fizuli Məmmədov özünə yeni iş yeri tapıb.

"Mediasport" xəbər verir ki, aranlıları Premyer Liqada saxlaya bilməyən mütəxəssis "Şahdağ Qusar"ın baş məşqçisi təyin edilib.

1-ci Liqa klubu onunla 1+1 illik sözləşmə imzalayıb.

Rafael Əmirbəyov, Rauf Mehdiyev və Əzəmət Ələkbərli F.Məmmədovun köməkçiləri kimi fəaliyyət göstərəcklər.

Xatırladaq ki, başa çatan mövsümü 43 xalla 5-ci sırada tamamlayan Şimal təmsilçisi Elnur Allahverdiyevi istefaya göndərib.