Premyer Liqaya çıxmaq üçün pley-off oynayacaq klubların kritik matçları FİFA referilərinə tapşırıldı
Futbol üzrə Azərbaycan 1-ci Liqasında sonuncu - 27-cı turun oyun proqramı və təyinatlar açıqlanıb.
"Mediasport" xəbər verir ki, yarışın final həftəsində Premyer Liqa üçün pley-off oynayacaq komanda müəyyənləşəcək.
"Səbail" kritik matçda "Mingəçevir"in qonağı olacaq. Görüşün baş hakimi FİFA referisi Elçin Məsiyev olacaq.
"Baku Sportinq" isə "Şahdağ Qusar"ın qonağı olacaq. Bu qarşılaşmanı digər FİFA referisi Kamal Umudlu idarə edəcək.
Tur 21-22 may tarixlərində keçiriləcək və bütün qarşılaşmalar "I / II Liqa" "YouTube" kanalında canlı yayımlanacaq.
Xatırladaq ki, "Şəfa" çempionluğu öncədən təmin edib.
Azərbaycan 1-ci Liqası. 27-ci tur
21 may
17:00 MOİK - "Difai"
Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
Binə qəsəbə stadionu.
17:00 "Cəbrayıl" - "Şimal"
Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Novruz Əzimov
Şamaxı OİK stadionu.
22 may
15:30 "Zaqatala" - "Şəfa"
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Namiq Əliyev
Zaqatala OİK stadionu.
17:00 "Şahdağ Qusar" - "Baku Sportinq"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı OİK stadionu.
17:00 "Mingəçevir" - "Səbail"
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Asif Abdullayev, Şamil İmanzadə
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança).


