Azərbaycan çempionatının yeni sponsoru müəyyənləşdi - FOTO

Azərbaycan çempionatının yeni sponsoru müəyyənləşdi - FOTO

Qadın futbolçular arasında Super Liqa yarışının yeni titul sponsoru müəyyənləşib.

AFFA-dan "Mediasport"a verilən məlumata görə, çempionatın sponsoru “Liv Bona Dea Hospital” olacaq.

2026/2027-ci və 2027/2028-ci illər mövsümlərində çempionat Liv Bona Dea Qadınlar Super Liqası adı altında keçiriləcək.

Qeyd edək ki, liqada bu mövsüm format dəyişikliyi ilə yanaşı, iştirakçı komandaların sayı da artırılaraq 12-yə çatdırılıb.