Rəqibin qolunu "bəyənən" Mahir Emreli etirazlara səbəb oldu - FOTO

 Rəqibin qolunu "bəyənən" Mahir Emreli etirazlara səbəb oldu - FOTO

Almaniyanın “Kayzerslautern” klubunda işləri qaydasında getməyən Mahir Emreli yenidən gündəmə gəlib.

“Mediasport” xəbər verir ki, son 6 matçda adı iştirak ərizəsinə salınmayan hücumçu komandasının ötən turda buraxdığı qolu “bəyənməklə” etirazlara səbəb olub.

"Kayzerslautern" forvardın sabiq klubu "Nürnberq"lə 1:1 hesablı heç-heçə edib. Mahir keçmiş komanda yoldaşı Robin Knoxun penaltidən vurduğu qolla bağlı paylaşımına "like" qoyub.

Bununla azarkeşlərin etiraz hədəfinə çevrilən Azərbaycan millisinin üzvü sosial mediada tənqid edilib.