Dadaşov Ukraynada debüt etdi

 Dadaşov Ukraynada debüt etdi

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Ukrayna Premyer Liqasında debüt edib.

"Mediasport" xəbər verir ki, "Bukovina"ya transfer edilən hücumçu 6-cı turda meydana çıxıb.

Forvard “Zarya” ilə ev qarşılaşmasının 66-cı dəqiqəsində meydana çıxıb. Matç 1:1 hesabı ilkə yekunlaşıb.

“Bukovina” 7 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.