Azərbaycan - Belarus oyununun biletləri satışda: 2 manat ver, al

Martın 25-də Bakıda yoldaşlıq görüşü çərçivəsində baş tutacaq Azərbaycan - Belarus oyununun biletləri satışa çıxarılıb.
"Mediasport" xəbər verir ki, biletlərin qiymətləri 1-ci kateqoriya 5, 2-ci kateqoriya 2, VİP isə 10 manat təşkil edir.
Biletləri iTicket.az satış məntəqələrində, həmçinin “Gənclik Mall”, “28 Mall”, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1, 2, 3, 4 Saylı ASAN xidmət mərkəzləri, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzində əldə etmək olar. Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.
“Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 21:45-də başlanacaq.