Azərbaycan atleti Avropa çempionatına vəsiqə əldə etdi

Azərbaycan atleti Rüstəm Məmmədov Avropa çempionatına vəsiqə qazanıb.
"Mediasport" xəbər verir ki, üçtəkanla tullanmada Balkan çempionu olan idmançımız bu növ üzrə qitə çempionatına lisenziya əldə edib.
O, martın 6-9-da Niderlandın Apeldorn şəhərində keçiriləcək yarışda mübarizə aparacaq.