Azərbaycan atleti beynəxalq turnirdə gümüş medal qazandı

Azərbaycan atleti Yekaterina Sarıyeva Türkiyənin İstanbul şəhərində Ruhi Sarıalpın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, milli komandamızın üzvü yarışda gümüş medal qazanıb.
Üçtəkanla tullanma növündə mübarizə aparan təmsilçimiz 13.38 m nəticə ilə fəxri kürsüyə qalıb.