"Neftçi SOCAR" Fransada Orlean mərhələsinin qalibi adını qazandı

"Neftçi SOCAR" Fransada Orlean mərhələsinin qalibi adını qazandı

3x3 basketbol üzrə "Neftçi SOCAR" klubu Fransada Dünya Qadın Seriyasının Orlean mərhələsində uğurla çıxış edib.

Azərbaycan Basketbol Federasiyasından "Mediasport"a verilən məlumata görə, təmsilçimiz mərhələnin qalibi olub.

Komanda 1/4 finalda İspaniya millisini (20:14), yarımfinalda Niderlandın "Amsterdam" klubunu (17:13) məğlub edərək finala yüksəlib.

"Ağ-qaralar" həlledici dueldə ev sahibi Fransa yığması üzərində 21:20 hesablı qələbə qazanıblar.