"Səhvlərimizi aradan qaldırmalıyıq" - "Sabah"ın baş məşqçisi

"İlk olaraq rəqibi təbrik edirəm. "Nimburk" öz meydanında ev sahibi kimi oynadı. Oyundakı səhvləri aradan qaldırmalıyıq".
"Mediasport" xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçi Rimas Kurtinaytis deyib.
Litvalı mütəxəssis FİBA Çempionlar Liqasının əsas mərhələsinin ilk turundakı məğlubiyyəti şərh edib:
"Bizə gəlincə, daha sürətli və daha güclü oynamalı idik. Çempionlar Liqasının müntəzəm mövsümündə debüt oyunumuz idi. Səhvlərimizi təhlil edib aradan qaldırmalıyıq. Öz üzərimizdə işləyib digər rəqiblərə qarşı daha yaxşı hazırlaşmalıyıq".
Qeyd edək ki, Çexiyada rəqibinə 65:93 hesabı ilə uduzan "Sabah" ikinci oyununu oktyabrın 15-də Bakıda "Alba"ya (Almaniya) qarşı keçirəcək.