Milli komandamızın Avropa çempionatı üçün heyəti açıqlandı
Almaniyada keçiriləcək Avropa çempionatında yarışacaq taekvondo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Azərbaycan Taekvondo Federasiyasından "Mediasport"a verilən məlumata görə, mayın 11-dən 14-dək Münhendə baş tutacaq yarışda ölkəmiz 9 idmançı ilə təmsil olunacaq.
Kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kiloqram), Qaşım Maqomedov (58 kiloqram), Fuad Məhərrəmli (63 kiloqram), Riyad Şirəliyev (68 kiloqram), Cavad Ağayev (74 kiloqram) və Elcan Əliyev (80 kiloqram) mübarizə aparacaq.
Qadınlar arasında isə Minayə Əkbərova (46 kiloqram), Səmərrux Osmanova (49 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) gücünü sınayacaq.
