Parataekvondoçularımız Roma Qran prisində mübarizə aparacaq

  Parataekvondoçularımız Roma Qran prisində mübarizə aparacaq

Bu gün İtaliyanın paytaxtı Romada parataekvondo üzrə Roma Qran prisi keçiriləcək.

"Mediasport" xəbər verir ki, ən reytinqli parataekvondoçuların mübarizə aparacağı turnirdə ölkəmizi K44 kateqoriyası üzrə Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) təmsil edəcəklər.

Parataekvondoçularımızı yarışa baş məşqçi Fərid Tağızadə çıxaracaq.

Qrap pri Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.