Azərbaycan klubu ev oyunlarını Xankəndidə keçirmək niyyətindədir

Azərbaycan klubu ev oyunlarını Xankəndidə keçirmək niyyətindədir

AFFA Region Liqasında yarımfinala vəsiqə qazanmış “Xankəndi” gələcəkdə ev oyunlarını doğma yurdda keçirməyi planlaşdırır.

"Mediasport" xəbər verir ki, liqada çempionluğa əsas namizəd 2-ci Liqaya yüksələcəyi təqdirdə Xankəndi şəhər stadionunda çıxış etmək istəyir.

Qarabağ təmsilçisi bu istiqamətdə işlərə başlamağı düşünür.

Xatırladaq ki, Xankəndi şəhər stadionunda hazırda yenidənqurma işləri aparılır və arena sentyabra qədər hazır olacaq. Stadionda III MDB Oyunlarının yarışları keçiriləcək.