"Qəbələ"dən növbəti qələbə, "İmişli" uduzdu, "Karvan" 2-ci sıraya qayıtdı

"Qəbələ"dən növbəti qələbə, "İmişli" uduzdu, "Karvan" 2-ci sıraya qayıtdı

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 17-ci tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, son oyun günündə üç matç keçirilib.

Lider "Qəbələ" növbəti qələbə ilə 1-ci pillədəki mövqeyini möhkəmləndirib.

Premyer Liqaya iddialı "İmişli" doğma meydanda gözlənilmədən "Mingəçevir"ə uduzub.

Fürsətdən maksimum istifadə edən "Karvan" qalib gələrək 2-ci sıradakı yerini qaytarıb.


Azərbaycan 1-ci Liqası. 17-ci tur


6 mart

“Difai” - “Baku Sporting” 0:1

MOİK – “Qaradağ Lökbatan” 2:2


7 mart (cümə)

“Cəbrayıl” – “Qəbələ” 2:3

"İmişli” – “Mingəçevir” 0:1

“Karvan” – “Zaqatala” 3:2