"Omoniya" ilə qarşılaşacaq "Araz-Naxçıvan" Kiprə çatdı - FOTOLAR

"Araz-Naxçıvan" avqustun 14-də UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Omoniya"nın qonağı olacaq.
"Mediasport" xəbər verir ki, Muxtar Respublika təmsilçisi artıq Bakı-Afina-Larnaka reysi ilə Kiprə yollanıb.
Komanda bu gün və sabah məşqlərini matçın keçiriləcəyi ölkədə davam etdirəcək.
"Omoniya" - "Araz-Naxçıvan" görüşü Bakı vaxtı ilə 21:00-da start götürəcək və "CBC Sport"la canlı yayımlanacaq.