VI İslam Həmrəyliyi Oyunlarında 6 tennisçimiz mübarizə aparacaq

VI İslam Həmrəyliyi Oyunlarında 6 tennisçimiz mübarizə aparacaq

Noyabrın 7-də Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyadda start götürəcək VI İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq Azərbaycan stolüstü tennisçiləri müəyyənləşib.

"Mediasport" xəbər verir ki, yarışda ölkəmiz 6 idmançı ilə təmsil olunacaq.

Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi altında Mərziyyə Nurmətova, Zemfira Mikayılova, Aylin Əsgərova, Onur Quluzadə, Hilal Həsənov və Adil Əhmədzadə gücünü sınayacaq.

"Şüa" İdman Kompleksində təlim-məşq toplanışını davam etdirən komanda noyabrın 6-da Səudiyyə Ərəbistanına yola düşəcək.

VI İslam Həmrəyliyi Oyunları noyabrın 21-də yekunlaşacaq.