Azərbaycan yığmaları III MDB Oyunlarında finala yüksəldilər

 Azərbaycan yığmaları III MDB Oyunlarında finala yüksəldilər

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis yarışları ilə start götürüb.

"Mediasport" xəbər verir ki, ilk gündə həm kişi, həm də qadın komandaları arasında finalçılar müəyyənləşib.

Azərbaycan milliləri hə riki kateqoriyada həlledici duelə vəsiqə əldə ediblər.

Final oyunları sabah saat 10:00-da başlanacaq.


III MDB Oyunları. Stolüstü tennis


Kişilər arasında

1. Özbəkistan – Azərbaycan 0:2

2. Qazaxıstan – Rusiya 0:2


Qadınlar arasında

1. Özbəkistan – Rusiya 1:2

2. Belarus – Azərbaycan 1:2