Millimizin 6 üzvü ABŞ-yə gedir
Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin altı üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.
Azərbaycan Basketbol Federasiyasından "Mediasport"a verilən məlumata görə, yeni mövsümdən etibarən Səlminaz Ramazanlı, Ela Nur Gökçöl, Aylin Əkbərzadə, Polina Şukina, Aylin Niftəliyeva və Deniz Gökçöl təhsillərini və basketbol karyeralarını ABŞ-də davam etdirəcəklər.
Səlminaz Ramazanlı Luiziana, Ela Nur Gökçöl Corcian Kort Universitetində, Aylin Əkbərzadə Con Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida, Aylin Niftəliyeva Sprinqfild Kommonvels, Deniz Gökçöl isə Sentral Point Akademiyasında təhsil alacaqlar.
Bu keçidlər basketbolçulara yeni mühitdə inkişaf etmək və ABŞ basketbol sistemində təcrübə qazanmaq imkanı verəcək.


