Yığmamız qeyri-sabit hava şəraitinə görə Vətənə qayıda bilmir

 Yığmamız qeyri-sabit hava şəraitinə görə Vətənə qayıda bilmir

Dünən FİBA Dünya Kubokunun seçmə qrup mərhələsi çərçivəsində Kosovoda yerli millinin qonağı olan Azərbaycanın kişilərdən ibarət basketbol yığması Vətənə qayıda bilmir.

"Mediasport" xəbər verir ki, əlverişsiz hava şəraitinə görə komandamızın təyyarə uçuşu təxirə salınıb.

Millimiz Priştina - İstanbul - Bakı reysi ilə Azərbaycana qayıtmalı idi. Lakin uçuşu həyata keçirməli olan "Türk Hava Yolları" səfəri qeyri-sabit hava şəraitinə görə ləğv edib.

Azərbaycan yığmasının Belqrad-Ankara-Bakı reysi ilə geri dönəcəyi planlaşdırılıb.